Qırmızı.az
TQDK-dan yeni binanın görüntüsü ilə bağlı açıqlama
Son günlər mətbuatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün tikiləcək yeni binanın layihə görüntüləri yayılıb.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Publika.az-a açıqlamasında yayılan şəkillərin yeni tikiləcək binanın layihəsi ilə əlaqəli olmadığını dedi:
“Həmin şəkilləri biz yaymamışıq, mətbuatın necə əldə etməsi ilə bağlı məlumatımız da yoxdur. Lakin həmin şəkillərin yeni binanın layihə görüntüləri olması barədə məlumatlar doğru deyil. Layihədəki bina fərqlidir”.
E.Nağızadə onu da vurğuladı ki, layihə təsdiq edilmədiyinə görə, həmin şəkilləri hələ ki yaymaq mümkün deyil.
Qeyd edək ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır. Yeni bina tikilənə qədər isə TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.
Gülxar
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ