Qırmızı.az
"Təmiz Şəhər" mükafatlandırıldı - FOTO
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BBMTYZ) ekoloji təmiz texnologiyaların və çoxpilləli filtr sisteminin tətbiqinə görə “Təmiz Şəhər” ASC xüsusi mükafata layiq görülüb.
ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mükafatı “Təmiz Şəhər” ASC-yə Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” Beynəlxalq Sənaye Konfransı çərçivəsində təşkil olunmuş sənaye müəssisələrinin mükafatlandırılması mərasimində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev təqdim edib.
BBMTYZ-də məişət tullantıları ətraf mühiti çirkləndirmədən yandırılır və əldə edilən istilik enerjisindən elektrik enerjisi istehsal olunur. Bu müəssisədən alınan enerji ilə təxminən Sumqayıt şəhərinin əhalisini elektriklə təmin etmək mümkündür.
Sənaye müəssisələrinin mükafatlandırılması mərasimində aqrar, qida, yüngül, ağır və mebel sənaye sahələrinin inkişafı, neft-kimya sənayesinin modernləşdirilməsi, tikinti materiallarının istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi, sənaye sahəsinə irihəcmli investisiya qoyuluşu, regionlarda rəqabətqabiliyətli istehsalın qurulması, ixracyönümlü avadanlıq istehsalının inkişafı, ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində fərqləndiklərinə görə ümumilikdə 23 yerli şirkət mükafata layiq görülüb.
Qeyd edək ki, tədbir Azərbaycan Prezidentinin 12 mart 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilib.
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?