Qırmızı.az
Azercell Genişləndirilmiş Reallığı BakuTel-2014 sərgisində təqdim edir
Ən son texnoloji yeniliklərə Azercell-in guşəsində tanış olun!
Azercell Telekom texnoloji yeniliklərlə maraqlanan hər kəsi 2-5
dekabr 2014-cü il tarixlərində Baku Expo mərkəzində keçirilən
BakuTel Beynəlxalq Telekommunikasiya sərgisinə dəvət edir. Hər
zaman olduğu kimi, 2014-cü ildə də BakuTel iştirakçılarını
Azərbaycanın lider mobil operatorunun stendində ən müasir
texnologiyalar, mobil cihazlar vasitəsilə insan həyatını həm
asanlaşdıran, həm də rəngarəng edən alternativ məhsullar və əlbəttə
ki, hədiyyələrlər dolu maraqlı əyləncəli proqram gözləyir.
İldən-ilə Azercell-in Bakutel sərgisində təqdim etdiyi məhsullar və
innovativ tapıntılar ölkə miqyasında öz yeniliyi ilə seçilmişdir.
Bu il də şirkət ziyarətçilərini dünyanın ən son texnologiyalarının
köməyi ilə təəccübləndirmək və əyləndirmək arzusundadır.
Beləliklə, Azercell-in yeni texnologiyalar guşəsində ziyarətçilər artıq bir neçə istiqamətdə yeniliklərdən faydalana biləcəklər. Bu innovativ texnoloji həllərə Mobil Sağlamlıq, Valideyn Nəzarəti Sistemi, Barama İnnovasiya Mərkəzinin təqdim etdiyi Təhlükəsizlik Sistemi və Google Glass eynəyinin 2-ci versiyası və b. aiddir.
Bundan əlavə, BakuTel 2014 sərgisində Azercell ilk dəfə olaraq dünyada “Augmented Reality” - Genişləndirilmiş Realliq kimi tanınan texniki yeniliyi təqdim edir. Azercell əməkdaşının şəkli olan plakata xüsusi proqram yüklənmiş cihazı – mobil telefonu və ya planşeti yaxınlaşdırdıqda, telefondakı şəkil canlanaraq Azercell-in bu sərgidə göstərdiyi yenilikləri barədə söhbət etməyə başlayır. Bu xidmət vasitəsilə Azercell öz abunəçilərinə ənənəvi ikiölçülü reklam plakatlarını üçölçülü formatda, yəni video formatda izləməyə imkan verir. Yaxın gələcəkdə Azercell bir çox reklamlarını Genişləndirilmiş Reallıq üzərindən təqdim etməyi planlaşdırır. Qeyd edək ki, bu sistem vasitəsilə sərgi zamanı seyrçilər mobil cihazdan başqa maraqlı vasitələri də sınaya biləcəklər.
Ən qabaqcıl texnologiyaların avtomatlaşdırılmış sistemi olan M2M (Machine to Machine) daha rahat və maraqlı yaşayış tərzi üçün çoxlu sayda funksiyaları yerinə yetirməyə imkan verir. Mobil Sağlamlıq Sistemi (Mobile Health System) pasientin səhhəti ilə bağlı məlumatı təhlil edərək, dialoq rejimində simptomların səbəbini araşdırmağa çalışır. Ehtiyac olduğu halda, məlumatlar mərkəzə göndərilərək, pasientin həkiminə çatdırılır.
Valideyn Nəzarəti Sistemi (Parental Control) valideyinlərə öz azyaşlı övladlarını nəzarətdə saxlamaq və onlarla istədikləri an əlaqə qurmaq üçün əla vasitədir. Azyaşlı uşaqların istifadəsi üçün çox rahat olan xüsusi kiçik telefonlar vasitəsilə uşaqlar asanlıqla əvvəlcədən müəyyənləşdirilmiş nömrələrə zəng edərək, valideynləri ilə əlaqə qura bilərlər. İnternet üzərində çalışan idarə paneli vasitəsilə isə valideyn öz övladının harada olması, məktəbi və ya bağçanı tərk etməsi və hansı marşrutla hərəkət etməsi barədə məlumat ala bilər. Tədris zamanı uşağın diqqətinin yayınmaması məqsədi ilə telefonun istifadəsi avtomatik şəkildə məhdudlaşdırıla bilər. Xidmətin bir sıra digər unikal nəzarət və təhlükəsizlik özəllikləri də mövcuddur. Bütün bunlar haqqında ziyarətçilər Azercell stendində daha ətraflı öyrənə biləcəklər.
Builki sərgidə Azercell-in təqdim etdiyi “Google Glass” interaktiv eynəyi vasitəsilə istifadəçi yalnız səsli əmrlər verməklə axtarış apara, şəkil və ya video endirə və dostları ilə paylaşa bilər.
Bundan əlavə, Azecell-in Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən “Sumaks” Evdə Təhlükəsizlik Sistemi gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verəcək. Məsələn, istifadəçi evdə olmadığı zaman qaz, su sızması, qısaqapanma, elektrik cihazların söndürülməsi və yaxud işə salınması və s. proseslərin baş verdiyi halda sistem tərəfindən avtomatik olaraq mobil telefonuna gələn SMS-lə məlumatlandırılmış olur.
Göstərilən bütün bu həllər istifadəçilərə daha rahat şəkildə öz gündəlik fəaliyyətlərini planlamağa və onlardan faydalanmağa imkan verir.
TeliaSonera şirkətinin vitse-prezidenti və Teliasonera Avrasiya
şirkətinin prezidenti Erik Holberq TeliaSonera və Turkcellin
Azərbaycanda sərmayələr yatırmaqda davam edəcəyini bildirdi.
Bununla bərabər, Azercell-in stendində qonaqları Güzgü-adamlar və
DJ ReacTable əyləndirəcək. Dəyərli hədiyyələr qazanmaq istəyən
sərgi ziyarətçiləri isə tədbir ərzində müxtəlif müsabiqələrdə,
interaktiv oyunlarda iştirak edə biləcəklər.
Odur ki, Azercell hamını Bakutel sərgisindəki guşəsində
səbirsizliklə gözləyir!
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI