Qırmızı.az
Lotu Qulinin adamları qanuni oğrunu belə sındırdılar – Şok video
Qanuni oğru, “Zayka” ləqəbli Zaur Əliyevin işgəncə görüntülərini əldə etmişik.
Axar.az xəbər verir ki, Moskvada yerləşən “Matrosskaya Tişina” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib. Azərbaycanda həbsdə olan məşhur qanuni oğru Loti Quli ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya - Zaykaya inanılmaz işgəncələr veriblər.
İşgəncələrdən sonra görüntüyə alınan Zayka Lotu Quli haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətdiyinə görə üzr istəyir:
“Adım Əliyev Zaurdur. Ləqəbim “Zayka”dır. Bütün oğrulardan üzr istəyirəm. Bir səhvdir etmişəm. Qulidən üzr istəyirəm. Gəncəli Rəşad və Canpolad məni öyrədirdilər. Özləri də söyürdü və məni məcbur edirdilər ki, mən də söyüm”.
Məlumata görə, Zayka Moskvada Lotu Qulinin
kurasiyasında olan ticarət obyektlərini basır və ona buranın Quliyə
aid olduğunu xatırlatdıqda, avtoritetin ünvanına kəskin ifadələr
işlədirmiş. Hətta bir neçə dəfə məhz belə gərginlikdə Lotu Quli ilə
telefon əlaqəsi də yaradılıb və Zayka Azərbaycanda türmədə olan
Qulini telefonda söyməkdən belə çəkinməyib.
Gecə barlarının birində qanunsuz daşıdığı silahla həbs olunan
Zaykanın daha sonra “Matrosskaya Tişina”ya salınması isə vəziyyət
daha da gərginləşib: Lotu Qulinin tərəfdarları oğru dünyası üçün
qəbuledilməz əməllərinə görə Zaykaya dəhşətli işgəncə veriblər və
onu “sındırıblar”. Bu videodan sonra Zaykanın oğru titulundan
məhrum ediləcəyi şübhəsizdir.
Qeyd edək ki, bu barədə ilk olaraq yazan “Aznyus.az” saytı Zaykanın
Rövşən Lənkəranskiyə yaxın olduğunu, ona görə də Lotu Qulinin
adamları ilə konflikt yaşadığını bildirmişdi.
Rusiya mediası da bu məsələyə yer ayırıb. Qeyd olunub ki, Zayka
ləqəbli Zaur Əliyev Nazim Hümbətov və avtoritet Erdak Lənkəranski
ilə birgə 30-a yaxın avtoritet tərəfindən döyülüb. Rusiya mediası
dava prosesinin telefonla lentə alındığı və azərbaycanlı qanuni
oğru Lotu Qulinin Azərbaycanda cəza çəkdiyi türmədəki kamerasına
“canlı olaraq yayımlandığı” barədə də məlumat yerləşdirib.
Xatırladaq ki, video-çəkilişlərdə Zaykanın üzr istəməsi və
sındırılması telefonun yaddaşına çəkilir və onun Lotu Quliyə
göndəriləcəyi şübhəsizdir.
Faktla bağlı cinayət işi açılıb.
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım