İdman
Menecer Juninyonun transferi ilə bağlı son durumu açıqladı: Realdır, amma bilin ki...
“Bu gün üçün Juninyonun keçidi həll olunmayıb. Klublardan savayı oyunçunun nümayəndəsi ilə “Sevilya” arasında danışıqlar davam edir”.
Bu sözləri Publika.az-a açıqlamasında tanınmış futbol meneceri Tural Əsgərov “Qarabağ”ın futbolçusu Olavio Juninyonun “Sevilya”ya mümkün transfer haqda məlumat verərkən deyib. Prosesin iştirakçılarından biri olan Əsgərov danışıqlar zamanı hər hansı sürprizin yaşana biləcəyini vurğulayıb:
“Bütün məsələlərdə, detallarda, xırdalıqlarda razılıq əldə olunduqdan sonra futbolçu tibbi müayinəyə gedəcək. Görürsünüz ki, hələ tibbi müayinə mərhələsinə gəlib çıxılmayıb. Transfer hansı halda reallaşmaya bilər? Bir də görürsünüz ki, proses uzandığı zaman nəsə pozulur. Klubun bir neçə variantı ola bilər. Görürlər ki, bu məsələlər uzanır, ona görə də başqa varianta üstünlük verirlər. Oyunçu özü də görür ki, “deadline” yaxınlaşır, başqa komandanı seçir. Hər şey ola bilər. Ona görə həmişə deyirəm ki, rəsmi imzalar atılmamış “məsələ bitdi” demək qətiyyən düzgün deyil”.
"Juninyonun “Sevilya”ya transferi nə dərəcədə realdır” sualına tanınmış menecer belə cavab verdi: “Çox realdır. Deyim ki, 99% realdır, amma bilin ki, qalan 1% ehtimalın reallaşması da mümkündür. Bu gün-sabah, 2-3 günə məsələ konkretləşəcək”.
Qeyd edək ki, “Sevilya” ötən ilin son günlərindən etibarən Juninyonun transferi ilə bağlı “Qarabağ”la danışıqlar aparır. İspaniya mətbuatı klubların 4+1 milyon avro qarşılığında anlaşdığını iddia edirlər
Heybət Məmmədov
-
Magazin206:16Ariana Qrande məşhur jurnalı ələ saldı: Altıncı barmağa görə təşəkkürlər
-
ABŞ05:45İran hakimiyyəti "batan gəmidəki siçovullar kimi" davranır - ABŞ köçürülən pullar barədə...
-
İdman05:15“Qızıl top”a namizədlərin yenilənmiş reytinqi: Birinci kimdir?
-
ABŞ02:19Epşteyn işi: İlon Maskla yazışmalar üzə çıxdı
-
Qoroskop02:00Günün ulduz falı: Zehni gərginlik mümkündür
-
İdman01:40Sərfəli təklif aldı, getmək istəyir - "Qarabağ"a şok
-
Magazin230 Yanvar 23:05“Evdə tək” filminin aktrisası vəfat etdi
-
Sosial30 Yanvar 22:20Azərbaycanda bu şəxslərə əsgərliyə gedəndə 3500 manat veriləcək









.webp)
















.jpg)





