Qırmızı.az
“Sabah“ qəzeti Azərbaycandan üzr istədi
Türkiyənin "Sabah" qəzetinin internet saytı ötən gün
yayımlanan yazıda ermənilərin işğalı altında olan Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin ayrıca dövlət kimi göstərilməsinə
aydınlıq gətirib.
Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran "sabah.com.tr"
saytının baş redaktoru İsa Tatlıcan bunun yanlışlıq olduğunu və
aradan qaldırıldığını bildirib:
"Səhvən hazırlanmış agentlik xəbərində işğal altındakı Dağlıq
Qarabağ bölgəsi müstəqil dövlət olaraq göstərilib. Telefonla edilən
xəbərdarlıqdan sonra bu, redaktorlarımız tərəfindən anındaca
yayından çıxarılıb. Qardaş ölkə Azərbaycan üçün həssas olan
məsələlər bizim də həssaslığımızdır. Bunun qəsdən edilməsi əsla
düşünülməsin. Zatən xəbərin mövzusunun da Azərbaycanla bir əlaqəsi
yoxdur. Tamamilə agentlik qaynaqlı bir xəta səbəbi ilə baş verən bu
kiçik yanlış anlaşılmaya görə üzr istəyirik", - deyə İ. Tatlıcan
qeyd edib.
“Sabah” qəzetinin redaksiyasından isə APA-ya bildirilib ki,
yanlışlığa yalnız qəzetin “sabah.com.tr” ünvanlı saytında yol
verilib, məqalə çap versiyasında yer almayıb.
Qeyd edək ki, “Sabah” qəzetinin internet saytında “3 Başkenti, 11 resmi dili ve 5 dilde ulusal marşı var!” başlığı altında getmiş məqalədə “İşte dünyadaki ülkelerin isimleri listesi” adlı bölmədə 37-ci sırada Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayəti müstəqil dövlət kimi göstərilib. Az sonra həmin yanlışlıq aradan qaldırılıb.
-
Region01:10
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
-
Magazin200:50
Bu, yarıçılpaqlıq və ya "kim daha gözəldir?" yarışı deyil - Türk aktrisalar tənqid edildi
-
Qoroskop00:31
Günün qoroskopu: yaşamınızda yeni mövzu və məqsəd yaranır
-
Magazin120 May 23:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region20 May 22:00
Türkiyədə matəm elan edildi
-
Region20 May 21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120 May 20:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20 May 20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI