Masallıda bazarda yanan mağaza sahiblərinə kompensassiya veriləcəkmi? - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Masallıda bazarda yanan mağaza sahiblərinə kompensassiya veriləcəkmi? - YENİLƏNİB

Baş vermiş hadisə ilə bağlı Publika.az-a açıqlama verən Masallı rayon icra başçısının birinci müavini Nadir Abıyev bildirib ki, yanğın rayondakı bazarda deyil, bazarın yaxınlığındakı 15 dükanda qeydə alınıb: “Yanan bazar yox, onun yanındakı 15 dükandır. Həmin dükanlardan yalnız birinin sığortası var”.

Sığortası olmayan dükan sahiblərinə dəymiş ziyana görə təzminatın ödənilib-ödənilməyəcəyi ilə bağlı sualımızı cavablandıran icra başçısının birinci müavininin sözlərinə görə, artıq məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət olunub:

“Təzminatın ödənilməməsi ilə bağlı söhbət yoxdur. Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin ekspert üzrə rəisi hadisə yerinə gəlib. Onların araşdırmasından sonra dəymiş ziyanı müəyyənləşdiriləcək, rəyin nəticəsindən asılı olaraq sahibkarlara dəymiş ziyanın ödənilməsi məsələsi həll olunacaq”.

Bazarın yandırılması ehtimalının ola biləcəyi ilə bağlı hələ ki, bir söz deməyin çətin olduğunu vurğulayan Nabir Abıyev deyib ki, bu, ekspertizanın rəyindən sonra aydınlaşacaq: “Həmin dükanların demək olar ki, hamısında çoxlu sayda müxtəlif kabellər olub. Bundan başqa, dükanların özlərinin kameraları da olub. Hər halda bütün bunlar ekspertizanın rəyindən sonra müəyyənləşəcək. Dükanların ətrafına polis əməkdaşları cəlb olunub. Onlar mağazaları mühafizə edirlər ki, dükanlara müdaxilələr olmasın. Sonda bir daha vurğulamaq istərdim ki, veriləcək rəyə əsasən biz öz tərəfimizdən iş aparacağıq”.

Vazeh Bəhramoğlu

10:44

Masallıda bazar yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 5000 kv.m olan bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan mallar yanıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:03-də yanğınsöndürənlər tərəfindən söndürülüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm