Qırmızı.az
DGK: “Qadınlar narkotik vasitələri alt paltarında keçirir”
1992-ci ildən bu günə kimi Azərbaycan gömrükçüləri tərəfindən 2 ton 172 kq narkotik vasitə dövriyyədən çıxarılıb.
Publika.az-ın məlumatına görə, bunu Dövlət
Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev “Narkomanlığa
düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə
hüquqlarının müdafiəsi” ilə bağlı beynəlcxalq tədbirdə çıxışı
zamanı deyib
O, son illər qadınlar arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan faktlar barəsində də məlumat verib. Ə.Abdullayev bildirib ki, qadınların narkotik vasitələri daha çox daxili orqanlarında keçirməsi halları artıb:
“Bu il ərzində gömrük orqanları tərəfindən aşkarlanan faktlara əsasən, qadınlar qanunsuz narkotik vasitələri 22 halda alt paltarı, 12 halda üst paltarlarında, 12 halda bədənləri üzərində, 6 halda poçt bağlamaları, 3 halda yaşayış evlərində gizlətməyə cəhd ediblər. Bir çox halda qadınların qanunsuz narkotik vasitələrin qaçalmaqçılğına həyat yoldaşları, məşuqları, digər qohumları tərəfindən məcbur edildiyi müəyyən edilib. Həmin şəxslərin narkotik ehtiyacları və digər səbəbdən qadınları bu işə məcbur etmələri istintaq zamanı aşkarlanıb. Bundan başqa, qadınların sosial problemləri də onları bu yola əl atmağa vadar edən səbəblərdəndir. Bu çox cüzi hissədir. Bunlar əsasən, maşın və ev almaq üçün kredit götürülməsi, lakin əmək haqqının bu tələbləri ödəmədiyi hallarda olur. Daha tez varlanmaq üçün də bu yola əl atanlar var”.
Ə.Abdullayev son illər dünyada “dizayner narkotik” vasitələrdən istifadənin geniş yayıldığını bildirib. Onun sözlərinə görə, "dizayner narkotikləri", "leqal narkotiklər", "vanna üçün duzlar", "spays" və digər bir sıra adlar altında tanınan bu yeni psixoaktiv maddələr artıq dünyanın bir çox ölkələrində ciddi problem kimi qəbul olunmağa başlayıb:
"Buna səbəb bu maddələrin insanların səhhətinə vura biləcəyi ciddi zərər və hətta insan ölümünə səbəb ola bilmə təhlükəsidir. Təəssüflə qeyd olunmalıdır ki, yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan ərazisindən istifadəyə cəhdlər mövcuddur".
Gülxar
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO