Qırmızı.az
Ruhi xəstə atasını, sonra anasını güllələdi
Ruhi-əsəb xəstəsi valideynlərinə qarşı amansız hərəkətə qol qoyub. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın Bəybazarı ərazisində Yaşılağac məhəlləsində 38 yaşlı ruhi xəstə Yusuf A. atasını, daha sonra isə anasını ov tügəngi ilə açdığı atəş nəticəsində qətlə yetirib.
Dünən axşam saatlarında baş vermiş hadisə zamanı evdə olan Yusuf
A.-nın xalası isə qaçaraq canını qurtara bilib. Ailəsi ilə eyni
evdə qalan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Yusuf 60 yaşlı
atası Rasim A.-nı güllələdikdən sonra evin ikinci mərtəbəsinə çıxıb
və onun əlindən qaçmağa çalışan 59 yaşlı anası Aysun A.-nı
yaxalayıb. O, anasını başından güllələyib .
Olayla bağlı məlumat aldıqdan sonra dərhal hadisə yerinə gələn
polis əməkdaşları Yusuf A.-nı evin bağçasında əlində silahla
gəzişərkən yaxalayıblar.
Qeyd olunur ki, valideynlərini qətlə yetirmiş şəxs 10 il itkin
düşüb və yaxınları tərəfindən axtarılıb. Nəhayət, iki il öncə o,
tapılaraq ailəsinə təhvil verilib. Yusuf A. dindirilmək üçün polis
idarəsinə aparılıb.
Vazeh
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi