Qırmızı.az
Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanıldı
Azərbaycana 4 kiloqramdan artıq marixuana keçirmək istəyən İran vətəndaşı saxlanıldı.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində “Qoşa Təpə” Gömrük Postu-Biləsuvar avtomobil yolunun təqribən 3 km-də İran vətəndaşı Yazdanı Janyarlou Hamıd Samad həmin ərazidə avtomobildən düşərək əvvəlcədən gizlətdiyi içərisində narkotik maddələr olan 1 ədəd sellofan torbanı götürmüş və uzaqlaşmaq istəyərkən gömrük əməkdaşları tərəfindən yaxalanıb.
Onun götürdüyü sellofan torbaya baxış keçirilib və üzəri yapışqanlı lentlə sarınmış üç ədəd bağlamadan ümumi çəkisi 4 kiloqram 370 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar