Dilarə Əliyeva: “Ondan soruşulası sözüm yoxdu“- BEŞMƏRTƏBƏ
Bizi izləyin

Qırmızı.az

Dilarə Əliyeva: “Ondan soruşulası sözüm yoxdu“- BEŞMƏRTƏBƏ

Publika.Az-ın "Beşmərtəbə" layihəsinin bu dəfəki qonağı tele-aparıcı Dilarə Əliyevadır.

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Hə. İllər tez gedir.

2. Çevrənizi...

- Yox. Çünki məmnunam.

3. Adınızı...

-Yox. Belə yaxşıdı.

4. Yaşınızı...

- Yox. Mənası yoxdu.

5. Bədəninizi...

- Yox. Onsuz da mümkün deyil.

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Yox. Onlardan xeyir tapan olmayıb.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox. Onu hər gün görürəm.

3. Məhəmməd Füzuli ilə...

- Yox. Onsuz da vaxtı çatanda görüşəcəm.

4. Vanqa nənə ilə...

- Yox. Ondan soruşulası sözüm yoxdu.

5. İlk insan olan Adəmlə...

- Həm hə, həm də yox.

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

-Hə. Çünki çox qayğısızdım.

2. Uzaq bir yer üçün...

- Yox. Uzağa getməyi xoşlamıram.

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Hə. Atam üçün.

4. Gələcəyi gözləməkdən...

- Yox. Heç tələsmirəm.

5. Bəzən səbəbsiz...

- Hə. Səbəbini bilmirəm.

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Yox. Vaxt çatmır.

2. Hər səhər qəzet...

- Yox. İnternet macal verir ki...

3. Elektron material...

- Hə. Hərdən.

4. Mahnı...

- Yox. Səsim yoxdur.

5. İnsanları üzündən...

- Hə. Amma həmişə düz oxumuram.

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

-Hə. Bəlkə də yox.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Hə. Hər halda belə olmasını istərdim.

3. Allaha...

- Hə. Şəksiz.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox. Bunun üçün artıq çox böyümüşəm.

5. "Siz hamıdan yaxşı adamsınız" sözünə...

- Yox. Axı bu belə deyil.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm