Qırmızı.az
Polisi vurub qaçan Əliağa Kürçaylı generalın kürəkəni imiş - Video
Bakının mərkəzində "Porşe" markalı avtomobillə yol polisinə qarşı kobudluq edən sürücü artıq 4 gündür həbsdədir. Tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının adını daşıyan nəvə Əliağa özəl şirkətdə çalışır.
Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, 25 yaşlı Əliağa Kürçaylı ədliyyə generalının kürəkənidir. Həmin sürücünün qayınanası isə yüksək instansiya məhkəməsində hakimdir. Müəyyən səbəblərdən onların adları açıqlamır.
Dekabrın 4-də, axşam saatlarında Şeyx Şamil və İstiqlaliyyət küçələrinin kəsişməsində üzü Azneft dairəsi istiqamətində hərəkət məhdudlaşdırılsa da, Əliağa Kürçaylı “Porşe” markalı avtomobillə həmin istiqamətdə hərəkət etmək istəyib. Bu zaman Bakı şəhər DYPİ-nin əməkdaşı onun qarşısını kəsib və istiqaməti dəyişdirməyi tələb edib. Lakin sürücü polisin qanuni tələbinə əhəmiyyət verməyərək maşını onun üstünə sürüb və hərəkəti davam etdirib. Azneft dairəsində saxlanılacağını bilən sürücü Şövkət Məmmədova küçəsinə girərək yolun əksinə hərəkət etməklə 6 nömrəli məktəbin qarşısında Bəhram Gurun heykəlinin yanına çıxıb və hərəkəti davam etdirərək yayına bilib.
Lakin ertəsi gün polisin keçirdiyi axtarış tədbirləri nəticəsində həmin avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Əliağa Rüfət oğlu Kürçaylı saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 15 sutka inzibati həbs cəzası müəyyən edilib. Sürücü Əliağa Kürçaylı məhkəmədə ifadə verərkən bildirib ki, belə bir hərəkət etməsinə səbəb "Kristal Holl"da keçirilən tədbirdir. Həmin tədbirin təşkilatçılarından biri olduğunu deyən Ə.Kürçaylı bildirib ki, əgər vaxtında ora çata bilməsəydi, tədbir pozula bilərdi. Məhkəmədə özünü olduqca səmimi aparan Əliağa ifadə verərkən əməlindən peşman olduğunu deyib. Yaxın qohumları sayəsində cəzasız qalacağını zənn edən sürücü 15 sutka həbs qərarını eşitdikdə özünü itirib.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər