Konfrans işə başladı: “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi“
Bizi izləyin

Qırmızı.az

Konfrans işə başladı: “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi“

Bu gün "Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar" mövzusuna həsr olunmuş Ombudsmanların X Bakı Beynəlxalq konfransı öz işinə başlayıb.

Publika.Az-ın məlumatına görə, iyunun 20-dək davam edəcək beynəlxalq tədbir 18 iyun - İnsan Hüquqları Günü, Ombudsman Aparatının fəaliyyətinin 10, Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyinə həsr edilib.

UNESCO-nun dəstəyi ilə keçirilən beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 20 ölkəsindən 56 qonaq - ombudsmanlar və onların nümayəndələri, milli insan hüquqları təsisatlarının təmsilçiləri, həmçinin insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak edirlər.

Meksika, Çin, Yaponiya, Koreya, Malayziya və Türkiyə nümayəndələri ilk dəfə konfransa qatılıblar.

Konfrans çərçivəsində ilk dəfə Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası təşkil ediləcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm