Qırmızı.az
Yeni ildə bazarlığı bu yarmarkalardan edin
Bakıda Yeni il ərəfəsində satış yarmarkaları keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, 27-31 dekabr 2014-cü il tarixlərində fasiləsiz olaraq 5 gün müddətində nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə paytaxtın 7 rayonunda yarmarka təşkil ediləcək.
Yarmarkalar paytaxtın aşağıdakı rayonlarında və ünvanlarında təşkil olunur:
Xətai rayonu - Ukrayna dairəsinin yanı;
Nəsimi rayonu - S.Vurğun küçəsi, 73, Təzə bazarın ərazisi;
Yasamal rayonu - Şərifzadə küçəsi, 1, Rabitə Kollecinin arxası;
Nərimanov rayonu - "Gənclik" metrostansiyasının yanı;
Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1,
məktəbin arxası;
Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi;
Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 12;
Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit
Ticarət Mərkəzinin yaxınlıgı
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul
əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub.
Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və
təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət
edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların
fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin
vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla
təmin olunacaq.
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar