Qırmızı.az
Təhsil Nazirliyi yazıçılara müraciət etdi - Uşaqlar üçün hekayələr, nağıllar yazın
Azərbaycan Təhsil Nazirliyi Yazıçılar Birliyi, müvafiq ittifaqlar və yazıçılara müraciət edib.
Trend-in məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, yeni hekayələrin yazılmasına ehtiyac var: “Təhsil Nazirliyi olaraq, dövlət adından Yazıçılar Birliyinə, müvafiq ittifaqlara, yazıçılara müraciət edirik ki, rəqabət prinsipləri əsasında uşaq ədəbiyyatının yeni hekayələriin, müasir formatda olan ənənəvi hekayələrin, nağılların yaradılmasına böyük ehtiyacımız var. Bu ehtiyacı öz tərəfimizdən duyuruq. Bütün təşkilati məsələləri - onların nəşrindən tutmuş məktəblərə, uşaq kitabxanalarına, elektron resurslara yerləşdirilməsini həyata keçirəcəyik”.
Nazir bu gün uşaq ədəbiyyatına marağın az olması ilə də razılaşmayıb: “Mən düşünmürəm ki, bugün uşaq ədəbiyyatına maraq yoxdur. Biz istər ölkədə, istər regionda müasir dövrdə yazılan uşaq ədəbiyyatına nəzər saldıqda görərik ki, bu gün tirajlarla satılan, nəşr olunan, hətta filmlər şəklində ekranlara çıxan uşaq ədəbiyyatı əsərlərinin sayı və tirajları artır”.
M.Cabbarov bildirib ki, bu məsələ ilə bağlı məzmunun yaradılması təhsil məmurları, işçiləri tərəfindən həyata keçirilə bilməz. Onun sözlərinə görə, nazirlik nə müəllim, nə məktəb direktoru qarşısında yeni, dünya səviyyəli uşaq ədəbiyyatı yaratmaq məqsədini qoya bilməz: “Qoysaq da, bu, düzgün olmaz. Çünki xalqımızın hər zaman çox gözəl şair, yazıçıları olub”.
Nazir əlavə edib ki, bu gün bir çox məktəblərdə mütaliə klubları yaradılır. Bu yaxınlarda uşaq ədəbiyyatı ilə bağlı müsabiqə də elan edilib. Bu müsabiqə yeni əsərlərin, uşaq ədəbiyyatının yaradılmasına marağı oyatmağa və canlandırmağa yönəlib.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO