Sabah bu rayonlar qazsız qalacaq - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Sabah bu rayonlar qazsız qalacaq - SİYAHI

Azərbaycanın bir sıra rayonlarında qaz olmayacaq.

ARDNŞ-nin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, dekabrın 17-də saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “İvanovka” və “Rəncbər”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Şabran Taxtalar” və “Qobustan”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək” və “Katex”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq”, “Tərtər” və “Azadqaraqoyunlu”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Yuxarı Salahlı” Qazpaylama stansiyalarında, eləcə də Qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Ucar rayonunun Lək, Balakən rayonunun Katex, İsmayıllı rayonunun İvanovka, eləcə də Qazax rayonunun Yuxarı Salahlı və Aslanbəyli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Tərtər, Şabran və Qobustan rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm