“Toy olsun“, ya olmasın?
Bizi izləyin

Qırmızı.az

“Toy olsun“, ya olmasın?

Bu haqda hətta bir neçə sərt münasibətə və yazıya da rast gəlmişəm. Guya orda evlənənlər düz eləmirlər, cəmiyyətə pis örnək olurlar.


Bunlar boş söhbətlərdi. Bizim hədsiz kompleksli cəmiyyətimizdən (xüsusən sevgi, evlənmək barəsində) bundan artığını gözləmək də olmur.

Sual doğur: Əgər Azərbaycandakı adamlar doğrudan da rahatca, sevib-seçərək evlənə bilirlərsə, bəs bu cür proqramlara axını sürətləndirən nədi? Bilirəm, hələ nə qədər adam ora gedib evlənmək istəyir, ama elgözünə getməyi guya özünə sığışdırmır. Adama nə deyərlər?!

Ən qəribəsi odur ki, bizim bugün evlənmək proqramlarından kənarda ailə quranların orda evlənənlərdən heç bir fərqi yoxdu. Əksinə, o proqramlarda evlənənlər bunlardan bir az daüstündülər. Ordakılara heç olmasa seçim imkanı verilir və bu ən azından daha məsuliyyətli şəkildə, hər kəsin gözü önündə edilir.

Bizim diktator valideynlərimizsə ailə həyatı qurmaq istəyənlərə heç bir seçim imkanı vermirlər. Çünki sənin evlənmək istədiyin adam onların istədiyi adam deyil, yəni sənin ailə qurmaq istədiyini sən yox, valideynlərin “istəməli”di.

Bu yaxınlarda qəribə bir xəbər gündəmi aldı. Rayonların birində yaşayan orta məktəb şagirdi olan 3 qız evlərindən qaçıb, Bakıdakı sevdikləri oğlanların yanına gəliblər, sonra evdəkilər yenə onları geri qaytarıblar.

Bununla bağlı elə qəribə münasibətlərə, elə murdar şərhlərə rast gəldim ki, quruyub yerimdə qaldım. Hətta əyalətdə yaşayan evli bir xanım dostum söhbət əsnasında mənə dedi ki, həyat yoldaşı televiziyada bu xəbər gedərkən eyni yaşda olan qızlarını yanına çağırıb, gözünü deşə-deşə bu faktı ona göstərməyə çalışırmış. Guya bunun da qızı elə bu dəqiqə evdən qaçacaqmış, ata da bundan narahat və şübhəliymiş, bu yolla onun qarşısını kəsməyə çalışırmış.

Qayıdaq evlənmək proqramlarına. Dərinə getsək, bu sayaq layihələrə mənim də münasibətim yaxşı deyil. Şəxsən mən də istəyirəm özgürcə sevib-seçmək imkanım olsun və mən də gələcək ailə həyatımı qaranti altına ala bilim. Ama görək cəmiyyətimizdə bu mümkündümü? Hələ görək qarşı tərəfimizdəkidəmi belə düşünə bilir, ya da düşünmək imkanı varmı...

Məsələn, o proqramlara çıxanların real həyatda, yəni bu cür vasitələr olmadan gerçəkləşdirə bilmədikləri bir neçə məqam var. Hamımız bilirik, bu ölkədə ailə qurmaq istəyənlərin normal şəraiti yoxdu. Adam neyləməlidi? Bankmı yarmalı, başmı kəsməlidi? Zatən ətarfımız cinayətlərlə doludu.

Adamlar bura gəlirlər ki, gecikən ailə həyatlarının həllini tapsınlar.
Cinsi natamamlığın, seksual özgürlüyün olmadığı bu cəmiyyət, ətraf basqısı və şəraitsizliyiylə onsuz da bizi hər addımda çıxılmaz hala salır.
Axı adam neyləsin?

1. Şəraiti yoxdu;
2. Seçim imkanı yoxdu
3. Ətrafın kompleksli basqısı var və s. və i.a...

Bir neçə fəhlə tanışım var. Onlarla söhbətləşəndə lap ürəyim ağrıyır. Onlar bir ayda itdiknən-ziddiknən qazandılarını bəzən bir gecədə küçə qadınlarına xərcləyirlər. Adam lap çaş-baş qalır.
İndi bu adamlara necə deyə bilərsən ki, evlənmək proqramlarına çıxmaq yaxşı hal deyil, sən cəmiyyətə pis örnək olursan...


Qısacası, şəxsən mənim bu barədə gəldiyim qənaət bundan ibarətdi ki, biz adamları ittiham edəndə insafı da unutmamalıyıq, onları da anlamaq imkanımız olmalıdı...

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm