İqtidar-müxalifət dialoqunda aktivləşmə
Bizi izləyin

Qırmızı.az

İqtidar-müxalifət dialoqunda aktivləşmə

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi iqtidarla müxalifətin dialoqunda prioritet məsələlərdən olacaq. Publika.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Abbasov belə deyib.


Onun fikrincə, sözügedən məsələ ilə bağlı ATƏT-in Bakı ofisinin də xüsusi təklif və rəyləri var, bu qanun layihəsi tezliklə qəbul olunmalıdır: "Hesab edirəm ki, iqtidar bütün məsələlərdə müxalifətlə ortaq məxrəcə gələ bilər. "Siyasi partiyalar haqqında" qanun layihəsi artıq bir neçə ildir ki, gündəmdədir. Düşünürəm ki, qanun layihəsinin müzakirələri tezliklə başlanmalıdır".

AXCP sədrinin birinci müavini Razi Nurullayev də yeni qanun layihəsi ətrafında dialoq və müzakirələri mümkün sayır: "İqtidarla dialoq aparılmalıdır və bu addım alqışa layiqdir. Fikrimcə, bu yaxınlarda iqtidarla müxalifətin qanun layihəsi ilə bağlı görüşü baş tutacaq. Bildiyimə görə, hakimiyyət tərəfdən dialoqun keçirilməsi istiqamətində bir sıra işlər görülüb. Biz də öz növbəmizdə bu istiqamətdə fəaliyyətimizi aktivləşdirmişik. Hesab ediəm ki, dialoq iqtidarla müxalifət arasındakı buzları əridəcək”.

"Siyasi partiyalar haqqında" qanun layihəsinin parlamentdə müzakirə çıxarılacağı haqda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. O, 1992-ci ildə qəbul olunmuş hazırkı qanunun artıq köhnəldiyini bildirib.

"Siyasi partiyalar haqqında" qanun layihəsinə Venesiya Komissiyası da rəy verib.

Elmir
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm