Qırmızı.az
Barda qadına pivə aldı, pul üstündə səhərə kimi döyüldü
Gecə klublarından birində əylənən TIR sürücüsü ona verilən hesabı ödəməkdən boyun qaçırdığı üçün barın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ağır şəkildə döyülüb, səhərə qədər girov saxlanılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki uşaq atası olan Əhməd Yılmaz polisə zəng edərək “Barlar küçəsində” yerləşən bir barda məni səhərə qədər döydülər. Məni girov saxlayırlar” deyə məlumat verib.
Bundan sonra dərhal hadisə yerinə yollanan polis əməkdaşları sözügedən ünvandakı bütün barlarda axtarışa başlayıb. Araşdırma zamanı məlum olub ki, Əhməd Yılmaz həqiqətən də gecə klublarından birində girov saxlanılır. İçəri daxil olan polislər onun vəhşicəsinə döyüldüyünün şahidi olublar. Qarşısında polisləri görən Əhməd Yılmaz “Mən bu yaşıma kimi belə bir şey görmədim. Səhərə kimi durmadan döydülər” deyib. Onun sözlərinə görə, Kayseridən Nazilliyə gətirdiyi yükü boşaltdıqdan sonra əylənmək üçün bara girib və 2 pivə içib: “Bu vaxt yanıma bir xanım oturdu və ona da bir pivə sifariş verdim. Ümumilikdə 3 pivə içdik. Hesabı soruşduqda isə dedilər ki, borcum 500 lirədir. Cibimdə olan 150 lirəni verdim və bundan artıq pul ödəməyəcəyimi bildirdim. Bundan sonra 4-5 nəfər kişi qəfil üstümə düşdü və məni döyməyə başladılar”.
Hələ də yaşadığı hadisənin şokundan çıxmadığını qeyd edən Əhməd Yılmazın idarə etdiyi TIR da barın yaxınlığında tapılıb. Polis əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılan zərərçəkmiş onu döyən şəxslərdən şikayət ərizəsi yazıb. Məhz bundan sonra polislər Əhməd Yılmaza qarşı zorakılıq edən 39 yaşlı Ü.Y.-ni, 30 yaşlı M.B.-ni və 33 yaşlı Y.Ş.-ni saxlayıb. Polis idarəsində onların ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO