Qırmızı.az
Qızını evdə sevgilisi ilə yaxaladı və...
Ata qızını evdə sevgilisi ilə birlikdə yaxaladıqdan sonra onu 9 metrlik zəncirlə qapıya bağlayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adananın Seyhan mahalının İqtiqlal məhəlləsində yaşayan 18 yaşlı lisey şagirdi S.Y. valideynlərinin evdə olmamasından istifadə edib sevgilisini evlərinə çağırıb.
Bir müddət sonra onun atası M.Y. pul kisəsini evdə unutduğu üçün geri qayıdıb. Qapını açıb içəri daxil olan ata qızını oğlanla yaxalayıb. M.Y.-ni gördükdə qorxuya düşən oğlan dərhal evdən qaçıb. Ata isə “Bundan sonra dərsə də getməyəcəksən. Sənə cəza verəcəm”, deyə qızını cəzalandırıb.
Şahidi olduğu mənzərədən şoka düşən ata qızının evdən çölə çıxmaması üçün onu 9 metrlik zəncirlə qapıya bağlayıb. Bundan sonra qızın psixoloji durumu pozulub və o, atasının evdəki tapançası ilə özünə sinə nahiyəsindən atəş açıb. S.Y.-nin anası bazardan evə qayıtdıqda qızını qan içində görüb və dərhal təcili yardıma məlumat verib. Hadisə yerinə gələn təcili yardım əməkdaşları qızı Dr. Aşkım Tüfençi Çukurova Dövlət Xəstəxanasına aparıblar.
Yaxın məsafədən özünü güllələdiyi üçün S.Y.-nin vəziyyəti ağır qiymətləndirilir. Ata M.Y. isə polis tərəfindən saxlanılıb və ondan ifadə alınıb.
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO