Qırmızı.az
(R) Unibank yeni imic filmini təqdim etdi - VİDEO
Uşaq oyunlarımız əslində böyüyəndə çatmaq istədiyimiz xəyallarımızdır. Xəyallarımız arzulara çevrilir. Çətinliklər arzulara gedən yolda bizi gücləndirir. Arzular hədəflərə çevrilir Hədəflər uğura aparır. Uğur sevinc yaradır... Uğur uğur gətirir.
Unibank-ın bu günlərdə ictimaiyyətə təqdim etdiyi “ARZULAR REALLAŞIR!” imic çarxı (https://www.youtube.com/watch?v=5db303-pJG4) 3 dostun timsalında qarşılarına çıxan çoxsaylı maneələrə baxmayaraq arzularını reallaşdıran insanların uğur hekayəsidir.
Hər bir insanın uşaqlıq arzusu olur. Yəni əslində çoxumuzun bu gün çalışdığımız peşələr uşaq vaxtı oyunumuz olub. Amma arzulara çatmaq, sevdiyin işin arxasınca getmək və sonda arzunu reallaşdırmaq daha mübariz ruhlu insanlara qismət olur. Uğurlu təşkilatlar kimi uğurlu insanlar da cəmiyyətdə sayğı ilə qarşılanır və bir gün o uğurlu insanların yolu uğurlu təşkilatda birləşir. Unibank kimi daim inkişaflı bank, hər zaman öz məqsədləri uğrunda mübarizə aparan, cəmiyyətdə nailiyyətlər qazanan insanların seçimi olur.
İmic filminin ideyasının müəllifi elə Unibank-ın öz əməkdaşlarıdır. Görünür bu da təsadüfi deyil. Çünki 22 illik fəaliyyəti dövründə ölkə bank sektorunda öz uğur salnaməsini yazan Unibank-ın əməkdaşları, bu uğur hekayəsinin birbaşa iştirakçıları, qəhrəmanlarıdır. Elə imic çarxının verdiyi mesajda uğurun verdiyi sevincdir. Hamımızın içində, həyat yolunda, inkişaf yolunda bu qəhrəmanların izləri, yaşantıları var. Qələbə, uğur məqsədyönlülük, ideyalarımız uğrunda mübarizənin nəticəsində yaranır və filmdə də, real həyatda da bu uğurlu insanlar eyni ünvanda rastlaşır. Onları bu görüş yerinə gətirən də, arzularının reallaşdırılmasında payı olan bir məkandır- Unibank-dır.
Unibank-hər kəsin bankı
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?