Qırmızı.az
Mətbuat Şurasından seçki ilə bağlı AÇIQLAMA
Azərbaycan Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparır.
Publika.az-ın məlumatına görə, bu məqsədlə MŞ
sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavini Umud Rəhimoğlu
Binəqədi, Şuranın İdarə Heyətinin üzvlərindən - «İki sahil»
qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai rayonunun seçki
məntəqələrində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların
prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar. Hansı
neqativ cəhət qeydə alınmayıb.
Mətbuat Şurasının «qaynar xətt» rejimində fəaliyyət göstərən
(012) 441 35 96 telefon, (055) 201 99 26 və (050) 534 93 26 mobil
nömrələri də saat 08.00-dan başlayaraq jurnalistlərin
ixtiyarındadır. Saat 14-dək səsvermə prosesini işıqlandıran kütləvi
informasiya vasitələrinin təmsilçilərindən MŞ-nin telefon
nömrələrinə hər hansı zəng olunmayıb.
Qeyd edək ki, «qaynar xətt» rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir