Qırmızı.az
Səməd Seyidov Fransanın Azərbaycandakı səfirini qəbul etdi
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni qəbul etdi.
Publika.az-ın məlumatına görə, qonağı salamlayan rektor Səməd Seyidov onu qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etdi və universitetdə görməkdən məmnun olduğunu bildirdi. ADU-nun beynəlxalq əlaqələrindən danışan rektor, professor Səməd Seyidov universitetin bir çox universitetlərlə, o cümlədən Fransanın Strasburq universiteti ilə əməkdaşlıq etdiyini sözlərinə əlavə etdi. O, universitetdə fransız dilinin yüksək səviyyədə tədris olunduğunu dedi və tələbələrin bu dilə böyük maraq göstərdiyini bildirdi. Rektor, professor Səməd Seyidov universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirdi və müəllim-tələbə mübadiləsinin vacibliyini vurğuladı.
Səmimi qəbula görə təşəkkür edən Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ADU-da olmaqdan məmnun olduğunu dilə gətirdi. Səfir universitetdə fransız dilinin tədris olunmasını yüksək qiymətləndirdi. O, fransız dilinin tədrisi nəticəsində ikitərəfli əlaqələrin daha da möhkmlənəcəyinə əminliyini ifadə etdi.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı.
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO