Qırmızı.az
Azərbaycan Prezidenti Heydər məscidinin açılışında iştirak edib
Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı
olub.
Publika.az-ın "AzərTAc"a istinadən məlumatına
görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı
Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12
min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron
memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin
zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada
95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev məscidin tikintisini daim
diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat
işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya
gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi
sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək
elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri
yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən
hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi
gözəllik verir.
Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə
üzvləri Heydər məscidinin açılışı münasibətilə keçirilən mərasimdə
iştirak etdilər.
Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək ölkəmizin həyatında
əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı
münasibətilə təbriklərini çatdırdı.
Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri,
Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus
Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri
Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev,
Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı
səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış etdilər.
Sonda ulu öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın, o
cümlədən Vətən uğrunda şəhid olanların ruhuna fatihə
verildi.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ