Qırmızı.az
"Rossiya-24" telekanalında Mehriban Əliyevaya həsr olunmuş film - VİDEO
Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva həsr olunan “Biz hamımız uşaqlıqda anadan olduq” adlı sənədli film hazırlayıb.
Sənədli filmdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevinin
uşaqlıq illəri, keçdiyi ömür yolu, xatirələrdən danışılıb. Rusiya
telekanalı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təhsiləvə səhiyyəyə xüsusi qayğı göstərdiyi, Fond tərəfindən yeni
məktəb və xəstəxana binalarının inşa edildiyi, bir çox xarici
ölkələrdə xeyirxahlıq missiyası həyata keçirdiyi xüsusi
vurğulayıb.
Filmdə həmçinin Fondun Vatikan kitabxanasında kitabların
kataloqunun tərtib edilməsində, Strasburqdakı ən qədim katedralın
freskasının təmirində yaxından iştirak etdiyi, Orn departamentində
onlarla tarixi abidənin bərpasına yardım göstərdiyi qeyd
olunur.
Sənədli filmdə demokratik yolla gedən Azərbaycanın tolerant və
dünyəvi ölkə olduğu, burada bir çox xalqların, o cümlədən
yəhudilərin və xristianların ölkənin bərabərhüquqlu vətəndaşları
kimi yaşadıqları bildirilir.
Bundan əlavə Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın
bu idman növünü Azərbaycanda inkişafı üçün gördüyü işlərdən də
danışılır.
Rusiya telekanalının hazırladığı filmdə Bakının keçdiyi inkişaf
yolu, bu şəhərdə Avropada keçiriləcək ilk Avropa Olimpiya Oyunları
və s. Uğurlardan bəhs edilib.
Sənədli filmdə yer alan UNESCO-nun prezidenti İrina Bokova,
Ümumrusiya Gimnastika Federasiyasının prezidenti İrina Vinner,
italiyalı aktrisa Ornella Mutti, SSRİ xalq artisti Tamara
Sinyavskaya, Fransa parlamentinin deputatı Natali Qule və digər
görkəmli şəxslər Mehriban Əliyeva haqqında öz xatirə və
təəssüratlarını bölüşüblər.
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?