Qırmızı.az
4 saylı Cəzaçəkmə Müəssisəsində 2 qadın azadlığa buraxıldı
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisində Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamına uyğun olaraq 2 nəfər qadın azadlığa buraxılıb.
Publika.az-ın məlumatına görə, Əfvin İcrası Penitensiar Xidmətinin rəis müavini Nizaməddin Cəlilovun iştirakı ilə həyata keçirilib. Cəzaçəkmə müəssisəsində azadlığa buraxılan 2 nəfər qadın Günel Həsənova və Nüşabə Əhmədovadır.
N.Cəlilov deyib ki, əfv sərəncamı Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə 79 nəfəri əhatə edir: “Onların 66 nəfəri cəzaçəkmə müəssisəsi, 3 nəfəri istintaq təcridxanası, 10 nəfəri isə məntəqə tipli müəssisələrdə olan məhkumlardır”.
Sonda N.Cəlilov bütün qadın məhkumlara da azadlıq arzu edib və qarşıdan gələn 31 mart Milli Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edib.
Gülxar
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?