Qırmızı.az
Şaxtalı havalarda "bomj"lar üçün sığınacaqlar açılacaq
“Əgər sabah hava şaxtalı olarsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evsizlər və küçədə yaşayanlar üçün müvəqqəti sığınacaqlar salınacaq”. Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib. “Adətən, belə sığınacaqlar paytaxt ərazisində və Sumqayıt şəhərində salınır. Bu ildə eyni qaydada olacaq. Sayını isə indidən dəqiq demək mümkün deyil”, E. Babayev belə deyib. Tikintisi nəzərdə tutulan daimi sığınacaqlarla bağlı danışan E.Babayev bildirib ki, nazirlik daimi sığınacaqlarıın salınması üçün müəyyən təkliflər hazırlayıb və yaxın vaxtlarda bunu Nazirlər Kabinetinə təqdim edəcək. Qeyd edək ki, bütün sığınacaqlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə isə tibbi xidmətlə təmin olunur. Yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar, yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar, küçədə yaşayan evsizlər bu sığınacaqlarda heç bir məhdudiyyət olmadan yerləşdirilir. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı ilə bağlı xəbərdarlıq etmişdi. Havanın temperaturunun ayın 8-də ötən günlə müqayisədə 10-12 dərəcə aşağı enəcəyi, 8-i gün ərzində 0°-yə yaxın, axşama doğru -2° şaxta, 9-u gün ərzində 0°-yə yaxın, 9-10-da gecə saatlarında -4° şaxta olacağı ehtimalı var. Gülnar Əliyeva |
-
MDB04:28
Ukrayna TƏHLÜKƏDƏ: Rusiya bu raketlə vuracaq
-
Magazin203:19
Məşhur aktyor vəfat etdi
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?