Qırmızı.az
3 yaşlı oğlanı kanalizasiya yandırdı - FOTO
3 yaşlı oğlan əlindəki yanan fişəngi qəflətən aşağı salanda baş
verəcək faciəni kimsə ağlına gətirməzdi.
Uşaq kanalizasiya quyusunun kənarında durduğundan, yanan fişəng quyuya düşüb. Bu zaman quyudakı kanalizasiya sularından ayrılan qazlar partlayıb və alov quyudan çıxaraq 3 metr hündürlüyə yüksəlib.
Alov uşağı qarsıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Çinin
mərkəzindəki Hubey vilayətinin Szyanyan şəhərində yaşanıb. 3 yaşlı
Donq Lyunun durumu çox ağırdır.
Xəstəxanaya aparılmış 3 yaşlı oğlanda ciddi yanıq xəsarətləri
var.
Donqun anası Dun Lyunun dediyinə görə, oğlu evin
qarşısında oynayanda kanalizasiya quyusunun qarşısına gedib.
"Küçədə belə kanalizasiya lyukları çoxdur. Bələdiyyəyə nə qədər desək də, problem həll olunmayıb. Üstəlik, küçə zir-zibillə doludur. Oğlumun başına gələnlərdə də bələdiyyə suçludur", - Dun Lyu deyib.
Üzü və bədəni, habelə daxili orqanları yanıq xəsarətləri almış
balaca Donq indi reanimasiya bölməsindədir.
Onun vəziyyəti kritikdir.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq