Bu il internet tarifləri ucuzlaşacaq
Bizi izləyin

Qırmızı.az

Bu il internet tarifləri ucuzlaşacaq

Bu il internet tarifləri ucuzlaşa bilər.

Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

İnternet tariflərinin ucuzlaşdırılması məsələsinin nazirliyin daim diqqət mərkəzində olduğunu deyən Ə.Abbasov bildirib ki, bu gün Azərbaycanda internetin qiymətləri Avrasiyada olan orta qiymətlərdən aşağıdır.

“Məsələn, qiymət səbətinə görə Azərbaycan 56-cı yerdədir. Hətta həcmə görə internetin istifadəsi, yəni 500 MB internetin istifadəsinin reytinqinə baxsaq, Beynəlxaq Telekommunikasiya İttifaqının cədvəlində 3-cü yerdə dururuq. Bu da yaxşı göstəricidir”.

Nazir bütün ölkələrin orta danışıq həcminin də çap olunduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda, ümumiyyətlə, mobil və stansionar telefonlardan olduqca çox istifadə edilir:

“Mobil telefon danışığından istifadəyə görə azərbaycanlılar ikinci yerdədir. Bunun bir tərəfi yaxışdır. İnternetin nə qədər əlçatan olduğunu göstərir. Bu, insanların öz seçimidir. Biz Avropada həcmə görə ən çox danışan 2-ci abunəçilər sayılırıqsa, bu, yaxşı göstəricidir”.

Nazir həmçinin inernetin uzlaşdırılması və kefiyyətinin yüksəldilməsi istiqamətində işlər aparıldığını deyib: “Biz telekommunikasiya qanunlarına yeni düzəlişlər təklif etmişik. Yəqin ki, Milli Məclisdə müzakirə olunacaq və qəbul ediləcək. Bu həm qiymətlərə təsir edəcək, həm də operatorların abunəçiləri qarşısında olan öhdəliklərin daha da sərtləşməsi istiqamətində, o cümlədən lazım olmayan reklam sms-lərinin qarşısının alınması da təkliflərdə öz əksini tapıb”.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm