Ebola qurbanlarının sümükləri necə saxlanılır? – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ebola qurbanlarının sümükləri necə saxlanılır? – FOTOLAR

Bu vaxta qədər Ebola virusuna yoluxanların sayı 21,171 nəfər olub. Onların 8371 nəfəri dünyasını dəyişib. Aylardır dünyada ən çox müzakirə mövzusuna çevrilmiş Ebolaya yoluxanların sayı durmadan artır. Virusa qarşı peyvəndin hələ də tətbiq edilməməsi ölənlərin sayını artırır.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəstəlikdən ölənlərin nəşi yandırılır və sümükləri xüsusi qablarda saxlanılır.

Virusun ən çox ölümə səbəb olduğu ölkə Liberiyadır, paytaxt Monroviada ölənlərin nəşi krematorium aparatında yandırılır. Yandırılan qurbanların yalnız sümükləri qalır.

Ölənlərin sümükləri yandırıldıqları günə görə qruplaşdırılır və çəlləklərə yığılır. Çəlləklərin üzərinə içərisindəki sümüklərin hansı tarixdə yandırıldığını göstərən vərəqlər vurulur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm