Qırmızı.az
Qırmızı Xaç Komitəsinin nümayəndələri azərbaycanlı girovlara baş çəkdi
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.
Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yerevan ofisinin rəhbəri Zara Amatuni bildirib.
Məlumata görə, ofisin rəhbəri 16 və 21 yanvar tarixlərində azərbaycanlı girovların yanında olub.
Xatırladaq ki, Xankəndidə keçirilən “məhkəmə” prosesinin yekunu olaraq 29 dekabr tarixində D.Əsgərov ömürlük azadlıqdan məhrum edilib, Ş.Quliyev isə 22 il azadlıqdan məhrum olunub.
Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlamışdı.
Ömər Dağlı
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?