Bakıda “kley iyləyənlər” - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda “kley iyləyənlər” - VİDEO

Paytaxt küçələrində əli sellofan torbalı uşaqlara rast gəlsəniz, heç də təəccüblənməyin. Şəhərin bir çox ərazilərində “kley iyləyən” yeniyetmələr son vaxtlar artmaqdadır. Gələcək nəsillərin eyni bəlası olan taksikomaniya növbəti etapda narkomanlığa gətirib çıxarır ki, bunun da qarşısını indidən almaq lazımdır.


Təxminən 10-15 yaşlarında olan bir qrup uşaq əlində toksik maddə sayılan kleylə gəzir. El arasında “kley iyləmək” kimi bu vərdişin elmi adi toksikomaniyadır. Narkomaniya ilə tibbi-bioloji fərqi olmayan toksikomaniya bir növ ucuz uyuşdurucu sayılır. Ən çox istifadə olunanları isə sedavit vasitələr və kimyəvi maddələrdir. Bütün dünyada geniş yayılan “kley iyləmək” ənənəsinin sovetlər birliyinə qədər gəlib çıxıb. Məlumatlara görə, quruculuq illərində, Sibir çöllərində çalışan fəhlələr isinmək, bihuş olmaq üçün toksik maddələrin qəbuluna başlayıblar. Beləliklə də, toksikomaniya bir növ aşağı təbəqəninin həyat tərzinə çevrilir.


Zaman ötdükcə bu pis vərdiş bütün postsovet ölkələrinə yayıldı. Ucuz və kustar hallandırıcı SSRİ-nin tərkib hissəsi olan Azərbaycana da qədəm basdı və yeni bir bəlaya çevrildi.


Narkomaniya sözü hər kəsə aydındır. Amma ən az narkomaniya kimi təhlükəli və daha da öldürücü bir hal olan toksikomaniya haqqında əksər insanların məlumatı yoxdur. Xüsusən azyaşlı uşaqları olan valideynlər üçün narkotik maddələrə qurşanmağa meyl məsələsi daim nəzarətdə olsa da, toksikomaniyadan xəbərsizlik durumu bu məsələni də nəzarətsiz qoyur.


Şəhərdə apardığımız müşahidələr zamanı toksikomanların böyük əksəriyyətinin azyaşlı olduğuna rast gəldik. Yeniyetmələrin böyük əksəriyyəti tüfeyli həyat tərzi keçirir. Maraqlı tərəfi burasındadır ki, qrup halında paytaxt küçlərində gəzən bu taksikomanlar ətrafdakıların diqqətini belə cəlb eləmir.


Həkimlərin sözlərinə görə, toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağ ciyər və beyin hüceyrələrinə təsir edir. Müddət ötdükcə aslılığa gətirib çıxarır.


Həkim toksikoloq Faiq Süleymanovun sözlərinə görə, toksikomanlar əsasən yapışdırıcı, asiton kimi müxtəlif vasitələrdən istifadə edirlər: "Qana tez bir müddətdə sovrulduqdan sonra təbii ki, bütün orqanlar öz mənfi nəticəsini göstərir”.


Bu isə onu deməyə əsas verir ki, bu uşaqlar bir müddətdən sonra potensial cinayətkar ola bilər. Çünki, zəhərli maddələrə şiddətli meyl edən şəxslər sonradan aqressivləşir və istədiyini əldə etmək üçün hər şeyə hazır olur. Amma qanunda olan boşluq həmin insanların məsuliyyətdən yayınmasına şərait yardır. Bu isə toksikomanların sayının artıq tempinə öz təsirini göstərə bilər. Sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, “kley iyləyən”lərin qarşısını almaq huquq-mühafizə orqanlarının üzərinə düşür.


“Təbii ki, bu xoşəgəlməyən bir haldır. Bunun qarşısının alınması lazımdır. Aydın məslədir ki, bunun qarşısı almaq almaq huquq-mühafizə orqanlarının üzərinə düşür. Bununla bağlı lazımi tədbirlər keçirilməlidir, planlar hazırlanmalıdır. Əsas güc Post Patrul Xidməti və sahə müvəkkillərin üzərinə düşür".


2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda bu kimi hallar öz əksinə tapıb. Gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasını həyata keçirəcək bu proqramın icrası Təhsil, Səhiyyə, Gənclər və İdman, Daxili Işlər Nazirliyinə, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.


Ümid edək sadalanan qurumlar bu proqramı dövlət və millət naminə laiqincə həyat keçirəcək. Çünki söhbət bizim gələcək nəsillərimizdən gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm