Qırmızı.az
Beynəlxalq həkim qrupu Leyla Yunusovanı müayinə etdi
Məlumat verildiyi kimi, Azərbaycan hökuməti humanizm
prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında
saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə
yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış
“Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin
Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün
şərait yaradılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən
Publika.az-a verilən məlumata görə,
təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi 2014-cü il
dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və
Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri -
professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb
elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, 2015-ci il
yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusovanın
növbəti müayinəsi həyata keçirilib, laborator analizlər üçün qan
nümunələri götürülüb. Leyla Yunusovaya dəfələrlə ginekoloji və
onkoloji müayinədən keçmək təklif edilib, lakin o, müayinələrdən
imtina edib.
Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki
müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı, Macarıstanın
Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin
rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor
Aleksandr Borsukov da daxil edilib.
Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən
protokol tərtib olunub, nəticələr sənədləşdirilib və müayinə
prosesinin foto və videoçəkilişi aparılıb.
Gülnar
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi