Qırmızı.az
“Qala” təhlükəsizlik xidmətinin rəhbərini döydülər – VİDEO
“Qala” Beynəlxalq Təhlükəsizlik Xidmətində pulu batan işçilər rəis müavinini döyüb.
Axar.az-a göndərilən özəl videoda BTX-nin rəhbəri Vüqar Hüseynov və müavini depozit qoyan mühafizəçilərə problemin həlli olunacağını vəd edir.
Müzakirələrin gedişində əsəblər tarıma çəkilir və maaşını ala bilməyən idarə əməkdaşları V.Hüseynovun müavinini döyürlər. Müdirlə mübahisə zamanı şikayət edən işçilər şirkətdə baş alıb gedən özbaşınalıqdan, rəhbərliyin qanunsuz əməllərindən şikayətlənir.
Bildirək ki, hazırda 7 minə yaxın mühafizəçi nə qoyduğu depoziti götürə bilir, nə də əmək haqlarını ala. İdarənin Şabran, Qazax, Tərtər və digər yerlərində olan filiallarında işə düzələnlər etiraza qalxıblar.
Daxili İşlər Nazirliyinə də yürüş etmiş mühafizəçilər pullarını geri istəyirlər. Onu da bildirək ki, V.Hüseynov bu hadisələrə qədər deputat Eldar İbrahimovun qardaşına məxsus “Kövsərbank”ın səhmlərini alıb. Ehtimal olunur ki, mühafizəçilərdən mənimsədiyi pulları banka yatırıb. Barəsində cinayət işi açılmış V.Hüseynovun milyonlar mənimsədiyi bildirilir.
Axar.az həmin iclasda mühafizəçilərlə “Qala” rəhbərliyinin danışıqlarını və döyülmə kadrlarını təqdim edir:
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA