Oqtay Şirəliyev döyülən baş həkimi işdən də qovdu
Bizi izləyin

Qırmızı.az

Oqtay Şirəliyev döyülən baş həkimi işdən də qovdu

Nizami rayonu ərazisində yerləşən 26 saylı poliklinikanın rəhbəri Pənah Əliyev baş həkim vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı “Müsavat.com” yayıb. Sayt öz etibarlı mənbəsinə istinadla bildirib ki, Pənah Əliyev poliklinikadakı xəstələrdən birini döyüb. Səhiyyə naziri Oqtay Şirəliyev bu biabırçılığı eşidər-eşitməz baş həkimi vəzifədən qovub.

Qeyd olunur ki, xəstəxanaya müraciət edən pasiyentlə həkimlər arasında yaranmış kiçik mübahisəyə klinikanın baş həkimi də qoşulub. Baş həkim qadını ağır ifadələrlə təhqir edib. Qadın P.Əliyevə cavab qaytarıb və ortalıq qarışıb. Baş həkim xanım pasiyenti döyüb və o, zərbələrdən huşunu itirib. Sonradan hadisədən xəbər tutuan qadının həyat yoldaşı və qardaşı baş həkim P.Əliyevi öz kabinetindəcə möhkəm döyüblər.

Xəbəri redaksiyaya çatdıran qaynaq bildirib ki, hazırda P.Əliyev işsizdir.

Məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlik sözçüsü Anar Qədirli Axar.az-a açıqlamasında məlumatı təsdiqlədi. Onun sözlərinə görə, bu hadisə bir müddət öncə baş verib:

“Pənah Əliyev bir müddət öncə işdən azad edilib. Düzü, Pənah Əliyevin dəqiq hansı səbəbə görə işdən çıxarıldığını deyə bilmərəm. Ancaq səhv etmirəmsə, həmin elə bu məsələ idi. Bir daha təkrar edim ki, konkret səbəbin nə olduğunu xatırlamıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm