Qırmızı.az
Tərtərdəki insident zamanı 8 polis yaralandı
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Tərtərdə müvəqqəti saxlama təcridxanasında baş vermiş intiharla əlaqədar insidentlə bağlı rəsmi məlumat yayıb.
Publika.az-a daxil olan birgə məlumatda bildirilir ki, 2015-ci il fevralın 4-də Tərtər Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə təqsirli bilinərək saxlanılan Ağdam rayon sakini Səbuhi Dünyamalıyev mələfə ilə özünü asıb.
Bununla əlaqədar ərazidə məskunlaşmış Ağdam rayon sakinlərindən 80-100 nəfər Polis Şöbəsinə hücum edərək ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədib və inzibati binaya maddi ziyan vurub.
Dərhal görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı qətiyyətlə alınıb, bu zaman xidməti vəzifələrini yerinə yetirən 8 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işləri başlanılaraq zəruri və təxirəsalınmaz istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri həyata keçirilib, Polis Şöbəsinə hücum edib əməkdaşlara xəsarət yetirən 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.
Mərhumun yaxın qohumlarının xahişi və iştirakı ilə meyit məhkəmə-tibb ekspertləri tərəfindən komission qaydada ekspertizadan keçirilib və müayinə zamanı meyitin bədən səthində və daxili orqanlarında boyun nahiyyəsində stranqulyasion şırımdan başqa zorakılıqla yetirilməyə xarakterik digər hər hansı xəsarət izləri aşkar edilməyib.
Həmçinin, Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri tərəfindən yerində aparılan ilkin araşdırmalarla həmin gün Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində xidmət aparan nəzarətçi polis əməkdaşının öz vəzifəsinin icrasına laqeyd münasibəti müəyyən edilib və o, daxili işlər orqanlarından xaric olunub. Bununla yanaşı, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğunda araşdırmalar aparılır.
Hazırda Tərtər rayonunda ictimai asayiş tam sabitdir və kriminogen duruma nəzarət olunur.
-
Magazin200:50
Bu, yarıçılpaqlıq və ya "kim daha gözəldir?" yarışı deyil - Türk aktrisalar tənqid edildi
-
Qoroskop00:31
Günün qoroskopu: yaşamınızda yeni mövzu və məqsəd yaranır
-
Magazin120 May 23:04
Roza Zərgərli bu FOTOlarla gündəmə gəldi
-
Region20 May 22:00
Türkiyədə matəm elan edildi
-
Region20 May 21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120 May 20:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20 May 20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 20 May 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir