Qırmızı.az
Hacı İbrahim Türkiyənin iqtisadiyyat naziri ilə görüşdü – FOTOLAR
“Avesta Concern”in prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli ölkəmizdə səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşüb.
Publika.az-ın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyində keçirilən görüşdə iki qardaş ölkə arasında iqtisadi münasibətlər, iş adamları arasında işbirliyi və “Avesta Concern”in möhtəşəm “Khazar İslands” layihəsi müzakirə olunub.
Türkiyə və Azərbaycan arasında iqtisadi münasibətlərin günü-gündən inkişaf etdiyini qeyd edən “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli daha yüksək nəticələr əldə etmək üçün çox yaxşı imkanlar olduğunu, rəhbərlik etdiyi şirkətin Türkiyə şirkətləri ilə əlaqələrə yüksək önəm verdiyini qeyd edib.
Görüşdə iki ölkənin rəsmiləri arasında əlaqələrin mütəmadi xarakterli olmasının iş adamları arasında münasibətlərə də güclü təkan verdiyi qeyd edilib.
“Avesta Concern”in prezidenti nazir Nihat Zeybekçinin səfərinin də münasibətlərin inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Bakıda keçirdiyi görüşlərdən məmnun olduğunu və iki ölkənin iş adamları arasında əlaqələrin dərinləşməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli qonağa rəhbərlik etdiyi şirkət və onun həyata keçirdiyi “Khazar İslands” layihəsi haqqında da ətraflı məlumat verib. “Khazar İslands” layihəsinə Türkiyə şirkətlərinin qoşulması haqqında məlumatdan məmnunluğunu bildirən nazir “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlini Türkiyəyə səfərə dəvət edib. Türkiyənin iqtisadiyyat nazirinin təklifini minnətdarlıqla qəbul edən Hacı İbrahim Nehrəmli ən yaxın zamanda Türkiyəyə səfər edəcəyini deyib.
“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlinin Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşündə səfir İsmail Alper Coşkun və Türkiyə İxracatçılar Məclisinin sədr müavini Mustafa Çıkrıkçıoğlu da iştirak edib.
Vasif Həsənli
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq