Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın olub - FOTO
Bizi izləyin

Qırmızı.az

Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın olub - FOTO

Lənkəranda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxslər saxlanılıb.

Lənkəran Rayon Polis Şöbəsinin müstəntiqi Nizami Məhərrəmov AzərTAc-a bildirib ki, rayonun Yuxarı Nüvədi kənd sakini Elvin Mürşidov tanışı Seymur Əkbərov ilə qabaqcadan əlbir olaraq gecə saatlarında rayonun Parakənd qəsəbəsi ərazisində yerləşən "Teymur Petrol" yanacaqdoldurma məntəqəsinə silahlı basqın ediblər.

Üzlərinə maska taxan hər iki şəxs məntəqənin gözətçisi Ağamoğlan Həsənova qarşı tüfənglə zor tətbiq etməklə kassada olan 40 manat pulu götürüblər.

Quldurlar daha sonra rayonun Kosalar kəndi ərazisində yerləşən "Lenpetrol" yanacaqdoldurma məntəqəsinə basqın edib, məntəqənin operatoru Ramin Əhmədovun üstünə tüfənglə hücum çəkməklə kassada olan 860 manat pulu ələ keçiriblər.

Lənkəran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurların hər ikisi yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Onların istifadə etdikləri tüfəng, maska və mənimsədikləri pulun müəyyən hissəsi maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan heroin aşkar edilib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməli etiraf edərək bundan peşman olduqlarını bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm