Qırmızı.az
Nə qədər bakalavr ərizəsini təsdiqləyib?
Magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu davam edir.
Bu gün 11:00-a qədər 9522 bakalavr internetlə elektron ərizəsini təsdiqləyib. Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək üçün ərizə qəbulu davam edir.
Qaydalara uyğun olaraq bakalavr 2014-cü il fevralın 11-dən etibarən TQDK-nın müvafiq internet səhifəsinə daxil olur və şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir.
Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri
vasitəsi ilə əldə etmək olar. Bakalavrlar mobil telefonlardan 7725
nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə
bilərlər.
Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən “Elektron imza” sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatlarından istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.
Bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2014- cü il fevralın 20-dək olan təsdiq edə biləcəklər.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ