Qırmızı.az
2014-ci il çox isti keçəcək
Uzunmüddətli meteoproqnozlar cari ilin sistemli hava müşahidələri tarixində ən isti il olacağını göstərir.
Bunun əsas səbəbi El-Ninyo adlı təbiət hadisəsinin baş verməsidir.
El-Ninyo hadisəsi Sakit okeanın dərinliklərindəki isti suyun
üzərinə çıxması və ekvator boyu Amerika sahillərinə qədər
yayılmasına deyilir. 9 ay və ya daha çox müddətdən sonra El-Ninyo
özü ilə şiddətli yağıntılar gətirir. Peru və Ekvador bölgəsində
yağıntılar sel və torpaq sürüşmələri ilə müşahidə olunur. Əvəzində
İndoneziya və Avstraliya quraqlıq və yanğınlarla mübarizə aparmalı
olur.
“Müəyyən müddətə qədər El-Ninyonun bu il də baş verəcəyini söyləmək
çətindir. El-Ninyonun miqyasını aprel ayından başlayaraq iyun ayına
qədər olan müddətdə qiymətləndirmək olar”-deyə avstraliyalı
meteroloqlar bildirir.
Okean və atmosferin dəyişkənliyi vəziyyətində El-Ninyonun
əlamətlərini müəyyən etmək xeyli çətindir. Hətta El-Ninyo artıq
formalaşıbsa belə onun inkişafını proqnozlaşdırmaq xeyli çətindir.
Bununla belə, Almaniyanın Hessen universitetinin alimləri
El-Ninyonun inkişaf istiqamətlərini proqnozlaşdıran model
hazırlamağa müvəffəq olublar.
Yeni metodika göstərir ki, El-Ninyonun formalaşma mərhələsi 2013-cü
ilin sentyabrından başlayıb. Beləliklə, El-Ninyonun 2014-cü ildə
baş vermə ehtimalı 76%-ə bərabərdir. Bundan başqa, alimlərin
fikrincə, 2014-cü El-Ninyosuz da isti keçəcək. Amma bu anomal
təbiət hadisəsi də baş verərsə, onda il daha da isti keçə
bilər.
El-Ninyo 2 təqvim ili arasında dəyişir və buna görə, isti hava ilə bağlı proqnozlar 2014-cü ilə deyil, 2015-ci ilə aid ola bilər.
Alimlər El-Ninyonun 1998-ci ildəki kimi on minlərlə insanın ölümünə
səbəb olan formada təzahür edəcəyini yaxın illər üçün gözləmirlər.
Buna baxmayaraq, isti irimiqyaslı yanğınlara, quraqlığa,
yağıntılara və epidemiyaya yol aça bilər./Azvision.az
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi