Mövqelərimiz 10-dan artıq istiqamətdə atəşə tutuldu
Bizi izləyin

Qırmızı.az

Mövqelərimiz 10-dan artıq istiqamətdə atəşə tutuldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Sarıcalı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm