Qırmızı.az
Ramil Usubovdan Bakı polisinə yeni TƏYİNATLAR
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni təyinatlarla bağlı əmr imzalayıb. Əmrə əsasən polis polkovniki Azər Abdullayev BŞBPİ-nin Katibliyin rəisi vəzifəsinə təyinat alıb. Bundan başqa, polis polkovniki Emin Məmmədov idarənin Təhqiqat Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl BŞBPİ-də yoxlamalar həyata keçirilib. İşdə yol verdikləri ciddi nöqsanlara görə BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş daxili işlər nazirinin əmri ilə tutduqları vəzifələrdən azad olunub.
Yoxlamalardan sonra R. Usubovun imzaladığı əmrlərlə Vüqar Əliyev idarənin Təşkilati-İnspektor İdarəsinin rəisi, Elçin Əsədov Kadrlar İdarəsinin rəisi, Zaur Fətəliyev isə Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
APA
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu