Bakının 3 rayonu sabah susuz qalacaq
Bizi izləyin

Qırmızı.az

Bakının 3 rayonu sabah susuz qalacaq

Sabah Bakının 3 rayonunda su olmayacaq.

"Azərsu"dan Publika.az-a verilən məlumata görə, Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədar fevralın 24-də saat 04:00-dan etibarən Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətinə məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm