Qırmızı.az
Polis faşist simvolikasından istiafədə edən qrupa qadağa qoydu - Bakıda
Polis repçi “Kabus”un “Ergenekon” adlı solo-konsertinə imkan
verməyib. Bu barədə konsertin təşkilatçısı Milli Fikir Mərkəzinin
rəhbəri Şəhriyar Məcidzadə AzadlıqRadiosuna bildirib. Onun
sözlərinə görə, iki aydır ki, fevralın 16-da Bakının “Vətən”
kinoteatrında planlaşdırılan konsertə hazırlaşırdılar:
“Ancaq fevralın 15-də axşam kinoteatrın rəhbərliyi bizə bildirdi
ki, bura polislər gəlib”. Ş. Məcidzadə deyir ki, Nəsimi rayon polis
idarəsinin əməkdaşları onlara konsertin olmayacağını
bildiriblər:
“Dedilər ki, bu, təhlükəsizlik səbəbi ilə bağlıdır. Biz də dedik
ki, əgər elədirsə, onda gəlin siz də konsertə qatılın və
təhlükəsizliyimizi təmin edin”.
Ş. Məcidzadənin sözlərinə görə, polis fevralın 16-da konsertin
təyin olunduğu ərəfədə - saat 2-də “Vətən” kinoteatrının ətrafını
mühasirəyə alıb və bura heç kəsi buraxmayıb:“Bizim bərabərlik
hüququmuz pozulub. Həm mənəvi, həm maddi ziyanla üzləşmişik. Əgər
bizə dəyən zərər ödənməsə, “Demokratiya, azadlıq ayaq altında”
şüarı ilə fərdi aksiyaya başlayacam”.
O bildirir ki, konsertə 250 bilet satılıb, “Vətən” kinoteatrına
icarə haqqı kimi 250 manat beh verilib, o cümlədən səhnənin
hazırlanması üçün texniki xərcləri olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan
Zahidov AzadlıqRadiosuna faktı təsdiqləyib, deyib ki, konsertə
imkan verilməməyinin səbəbi təhlükəsizlik məsələləri olub:“Müvafiq
qanuna uyğun olaraq, kütləvi toplantılar barədə mütləq yerli icra
hakimiyyəti ilə razılaşdırılmalı idi. Vətəndaşların təhlükəsizliyi
bizim üçün hər şeydən önəmlidir”.
“Kütləvi toplantı anlayışı kinoteatr üçün də keçərlidirmi” sualının cavabında Ehsan Zahidov bildirdi ki, kinoteatr yalnız kino göstərmək üçündür: “Orda tədbir keçirmək istəyən təşkilat mütləq aidiyyətli orqana xəbər verilməli idi”.
Publika.Az –ın kiçik araşdırması qrupun faşist simvolikasından istifadə etdiyini, rəmzlərdə türk və Qotik( qədim alman) runaları( xüsusi hərflər) arasında paralellər apardığını aşkarlayıb. Üstəlik, konsertin adı da Türkiyədə ultramillətçilərin rəmz kimi istifadə etdiyi “Ergenekon” la( türk hakimiyyəti bu adda gizli terror təşkilatı olduğunu da iddia edir-red.) bağlıdır. Ehtimal ki, qoyulmuş qadağada bu amillər nəzərə alınıb.
İsmayıl
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."