Qırmızı.az
Paraşütçü 2 min 700 metr hündürlükdə huşunu itirdi - VİDEO, FOTO
3 min 500 metr hündürlükdən tullanan gənc paraşütü
açılmamış huşunu itirib.
ANS PRESS-in məlumatına görə, hadisə Avstraliyada olub.
Təyyarədən tullanandan bir neçə saniyə sonra Kristofer adlı
paraşütçünün epileptik tutması başlayıb. Nəticədə o, 2 min 700 metr
hündürlükdə paraşütü açmağı çatdırmadan huşunu itirib. 30 saniyə
ərzində Kristofer havada huşsuz vəziyyətdə aşağı düşüb.
Paraşüt kursunun müəllimi Şeldon Mak Farleyn tələbəsinin havada
arxası üstə çevrildiyini görüb və onun huşsuz olduğunu anlayıb. O,
təyyarədən tullanıb və Kristoferi tutaraq onun paraşütünü açıb. 22
yaşlı gənc heç bir zədə almadan yerə enib.
Şeldon bildirib ki, paraşüt onsuz da bir müddət sonra avtomatik
açılacaqdı. "Sadəcə olaraq mən ona kömək etmək istədim", - deyən
müəllim bildirib ki, Kristofer üçün heç bir təcili yardım
çağırılmayıb, onu evə anası aparıb.
Hadisə keçən il noyabrın 14-də baş versə də, videonu yalnız martın
1-də internetə yükləyiblər. 2 gün ərzində video 3 milyon 668 min
dəfədən çox izlənib.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO