Qırmızı.az
Uşaqlar arasında zərərli vərdişlərə səbəb olan risk faktorları araşdırılıb
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakıda uşaqların icbari dispanserizasiyası ilə bağlı 6-10-cu sinif şagirdləri, valideynlər və pediatrlar arasında sorğu həyata keçirilib.
ISIM-dən Publika.az-a verilən məlumata görə,ötən ilin noyabr-dekabr aylarını əhatə edən sorğu anonim şəkildə aparılıb və respondentlərin konfidensiallığı tam qorunub. Sorğu vasitəsilə uşaqlar arasında icbari dispanserizasiyanın keçirilməsinə dair Dövlət Proqramı barədə əhalinin məlumatlılıq səviyyəsi, habelə dispanserizasiyanın aparılmasına mane olan amillər də öyrənilib.
Tədqiqat “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən aparılıb. Tədqiqatın məqsədi dispanserizasiya çərçivəsində Bakı şəhərinin nümunəsində ölkədə orta və yuxarı məktəb yaşlı uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinqi, həyata keçirilən dispanserizasiya prosesinin ümumi qiymətləndirilməsidir.
Tədqiqat vasitəsilə uşaqların sağlamlıq vəziyyəti, fiziki aktivlik səviyyəsi, qida və nutriyentlərin qəbuluna dair vərdişləri, reproduktiv sağlamlıq məsələlərinə dair məlumatlılığı və biliyi də qiymətləndirilib. Bununla yanaşı, araşdırma ilə məktəb yaşlı uşaq və yeniyetmələr arasında zərərli vərdişlərin yayılması dərəcəsini, zərərli vərdişlərə səbəb olan risk faktorlarını müəyyən etmək mümkün olub.
Sorğu Bakı şəhər Təhsil İdarəsi ilə əməkdaşlıq çərçivəsində Bakının 11 rayonu üzrə 50 tam orta məktəbdə təhsil alan 11-18 yaşlı uşaqları əhatə edib. Sorğuda cəmi 1446 şəxs iştirak edib. Onların 996 nəfəri uşaq, 400 nəfəri valideyn və 50 nəfəri pediatr olub.
Sorğunun nəticələri ilə bağlı tədbirdə çıxış edən İSİM-in direktoru Ceyhun Məmmədov sorğunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “2014-cü il üzrə uşaqların dispanserizasiyası, sağlamlıq vəziyyəti, qidalanması və fiziki aktivliyinə dair sorğu ölkədə ilk dəfə keçirilib. Sorğunun mahiyyətini uşaq və yeniyetmələrin, habelə onlarla işləyən böyüklərin davranışı, müxtəlif məsələlərə və vərdişlərə yanaşmasının öyrənilməsi təşkil edib”.
Gülxar
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO