Qırmızı.az
Daxili Qoşunların Ali Hərbi Məktəbinə sənəd qəbulu başlanıb
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2015/2016-cı tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb.
Publika.az-ın məlumatına görə, abituriyentlər daxili qoşunların baş idarəsində yaradılmış fiziki hazırlıq, hərbi - həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərimdə oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən
abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
İmtahanlar test üsulu ilə, 4-cü ixtisas qrupunun fənləri üzrə,
Azərbaycan və rus dillərində keçirilir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə
qəbul üçün namizədlər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının
Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov
küçəsi, 4) sənədləri şəxsən təqdim etməlidirlər.
Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və
notarial qaydada təsdiq olunmuş surəti),Təhsil müəssisəsinin
buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə
təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd
(attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti),
yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş
İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayış, ilkin
hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada
təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili
Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş
xasiyyətnamə, 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil
(papaqsız, rəngli, donuq kağızda) təqdim etməlidirlər.
Ərizə və sənədlərin qəbulu 2015- ci il martın 1-dən aprelin 10-dək (bayram və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçirilir.
-
Magazin220:36
Sibel Cana ağır itki - FOTO
-
Sosial20:00
Vüqar Musayev vəzifəsindən AZAD EDİLDİ
-
MDB19:36
Dörd yaşlı qızına təcavüz edən ata 14 İL HƏBS EDİLDİ
-
Magazin218:50
Məşhur opera müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin118:30
Flora Kərimovaya nə olub?
-
Dünya17:22
Ərdoğan “TOGG”, Japarov isə görün nə hədiyyə etdi - FOTO
-
Sosial16:18
Əli Əsədov yeni qərarlar imzaladı
-
Hadisə15:35
Türkiyədə güclü partlayış: xəbərdarlıq siqnalı verildi - FOTO