Qırmızı.az
Bakıda mollanı öldürən tutuldu
Bakıda bu ilin mart ayının 14-də din xadimini qətlə yetirən şəxs saxlanılıb.
Səbail Rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, RPİ-nin 9-cu Polis Bölməsi (PB) əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyat zamanı 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən Goranboy rayon Dəliməmmədli qəsəbə sakini Cahangirov Məhəbbət Vilayət oğlu saxlanılaraq istintaqa təqdim olunub. Polis əməkdaşları 1987-ci il təvəllüdlü M.Cahangirovu yaşadığı rayonda saxlayaraq istintaq təqdim ediblər. Saxlanılan şəxs barəsində Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq zamanı hadisənin təfərrüatlarına aydınlıq gətiriləcək.
Qeyd edək ki, hadisə mart ayının 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə T.Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO