Qırmızı.az
Rayonlardan gələn avtomobillərə MƏHDUDİYYƏT
Avropa Oyunları ərəfəsində rayonlardan gələn avtomobillərə məhdudiyyətlər olacaq.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Publika.az-a açıqlamasında həm şəhər daxilində, həm də rayonlardan gələn avtobusların hərəkəti ilə bağlı hərəkət sxemi hazırladıqlarını bildirib
“Əlbəttə, avtomobillərin hərəkəti ilə bağlı müəyyən məhdudiyyət olacaq. Xüsusən də oyunlar keçirilən ərazilərdə, obyektlərin yaxınlığında. Bölgələrdən gələn maşınlar üçün alternativ yollar təklif olunacaq və insanların sərbəst hərəkəti təmin ediləcək. Şəhərin giriş hissəsində onların daxil olması üçün yerlər müəyyən ediləcək. Ümumiyyətlə, həmin ərəfədə bölgələrdən gələn maşınlar üçün ya alternativ yollar olacaq, ya da hərəkət istiqaməti dəyişdiriləcək. Bütövlükdə insanların hərəkətinə problem olmayacaq”.
Şəhərdaxili avtobusların hərəkət istiqamətində ediləcək dəyişikliyə gəldikdə, N.Həsənov müəyyən prospektlər və küçələrdə hərəkətə məhdudiyyət qoyulacağını deyib:
“Heydər Əliyev, Ziya Bünyadov prospekti, 17-dən artıq yarış meydançasına gedilən yerlərdə hərəkət planı hazırlanıb. Lakin taksi, avtobus və fərdi maşınların hərəkət qrafikinin hansı istiqamətdə, hansı marşrut xətti üzrə olmasından danışmaq tezdir. İşlər aparılır, yekunda Dövlət Yol Polisi ilə birlikdə bu barədə açıqlama veriləcək”.
N.Həsənov onu da əlavə edib ki, oyunlara qədər nəzərdə tutulmuş taksi və avtobusların gətirilməsi işləri başa çatıb.
“Bütün işlər qrafik üzrə həyata keçirilir. Müvafiq sayda taksi və avtobuslar gətirilib. Sadəcə olaraq. onlar müəyyən prosedurdan keçməlidirlər. Demək olar ki, bu işlər də aprelin sonuna qədər başa çatacaq. Həmçinin həmin avtobuslarda xidmət edəcək sürücü bazası da hazırdır. Regionlarda da sürücü bazası barədə məlumat toplanılıb. Ümumilikdə 900-ə yaxın sürücü təlimlərdən keçib. O cümlədən, taksi sürücüləri üçün də müəyyən təlimlər keçirilib. Hazırda təlimdə olan sürücülər də var ki, onlar da ehtiyat sürücü bazası üçün hazırlanır”.
Gülxar
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir