İrandan heroin gətirən qadın tutuldu
Bizi izləyin

Qırmızı.az

İrandan heroin gətirən qadın tutuldu

İrandan narkotik gətirən azərbaycanlı qadın tutulub.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Könül Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı ondan 4 ədəd bağlamada, ümumi xalis çəkisi 175.308 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm